Məzmuna keç

Vasili Çuykov

Vikipediya, azad ensiklopediya
Vasili Çuykov
rus. Василий Иванович Чуйков
Şəxsi məlumatlar
Ləqəbi General Şturm[1][2]
Doğum tarixi 31 yanvar (12 fevral) 1900(1900-02-12)[3][4]
Doğum yeri
Vəfat tarixi 18 mart 1982(1982-03-18)[6][7][…] (82 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti SSRİ
Qoşun növü Qızıl Ordu
Xidmət illəri 1917–1972
Rütbəsi
Döyüşlər
Təltifləri Sovet İttifaqı Qəhrəmanı — 1944 Sovet İttifaqı Qəhrəmanı — 1945
Distinguished Service Cross Grand Star of People's Friendship "Vətənə xidmətə görə" qızıl ordeni "Lenin" ordeni — 1943 "Lenin" ordeni — 1944 "Lenin" ordeni — 1945 "Lenin" ordeni — 1950 "Lenin" ordeni — 1960 "Lenin" ordeni — 1970 "Lenin" ordeni — 1975 "Lenin" ordeni — 1978 "Lenin" ordeni — 1980 "Oktyabr inqilabı" ordeni — 1968 "Qırmızı bayraq" ordeni — 1920 "Qırmızı bayraq" ordeni — 1925 "Qırmızı bayraq" ordeni — 1944 "Qırmızı bayraq" ordeni — 1948 1-ci dərəcəli "Suvorov" ordeni — 1943 1-ci dərəcəli "Suvorov" ordeni — 1944 1-ci dərəcəli "Suvorov" ordeni — 1945 "Qırmızı ulduz" ordeni — 1940 "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "Moskvanın müdafiəsinə görə" medalı "Stalinqradın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı "Yaponiya üzərində qələbəyə görə" medalı "Berlinin alınmasına görə" medalı "Varşavanın azad edilməsinə görə" medalı "SSRİ Silahlı Qüvvələri veteranı" medalı "Döyüş əməkdaşlığını möhkəmləndirməyə görə" medalı "Xam torpaqlardan istifadə edilməsinə görə" medalı "Fəhlə-Kəndli Qırmızı Ordusunun XX illiyi" yubiley medalı "Sovet Ordu və Donanmasının 30 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 40 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı "Moskvanın 800 illik xatirəsinə" medalı Order of the Cloud and Banner Gold Cross of the Virtuti Militari Grand Cross of the Order of Polonia Restituta Polşanın İntibah ordeninin ulduzlu komandoru Medal for Warsaw 1939-1945 Medal "For Oder, Nysa and the Baltic" 2-ci dərəcəli "Qrünvald xaçı" ordeni "Suxe-Bator" ordeni "Monqolustan Xalq İnqilabının 50 illiyi" yubiley medalı "Xalxin-Qol qələbəsinin 30 illiyi" yubiley medalı Jubilee Medal "40 years of the Victory in Khalkhin-Gol" Jubilee Medal "30 Years of the Victory over militaristic Japan" "Çin-Sovet dostluğu" medalı
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vasili İvanoviç Çuykov (rus. Василий Иванович Чуйков; 31 yanvar (12 fevral) 1900[3][4], Serebryannıy Prud, Tula quberniyası[d][5] – 18 mart 1982[6][7][…], Moskva) — sovet hərbi xadimi, Sovet İttifaqı Marşalı (1955), iki dəfə Sovet İttifaqı Qəhrəmanı (1944, 1945).[8]

Almaniyadakı sovet hərbi kontingentinin baş komandanı (1949-1953), Kiyev Hərbi Dairəsinin komandanı (1953-1960), SSRİ Quru Qoşunlarının Ali Baş Komandanı - SSRİ Müdafiə Nazirinin müavini (1960-1964), SSRİ Mülki Müdafiə Qüvvələrinin rəisi (1961-1972). Sov.İKP Mərkəzi Komitəsinin üzvü (1961-1982).

1942-1946-cı illərdə Stalinqrad döyüşündə xüsusi fərqlənən 62-ci ordunun komandanı olub.

Vasili İvanoviç Çuykov[9] 12 fevral 1900-cü ildə çoxuşaqlı kəndli ailəsində (8 qardaşı və 4 bacısı olub.) indiki Moskva vilayətinin Serebryannıy Prud kəndində anadan olub.[10] Milliyyətcə rusdur[11]. Atası — İvan İonoviç Çuykov (3.03.1865 — 27.06.1958), Serebryannıy Prud kəndində kəndli olub. Anası — Yelizaveta Fyodorovna Çuykova (5.09.1865 — 29.03.1958) Şirobokov kəndində kəndli olub. Vasili Çuykov 4 sinifli kilsə məktəbini (1907–1911) bitirmiş, 12 yaşında Petroqrada getmiş, usta yanında şagird olmuşdur. 1917-ci ildə Kronştadt şəhərində xidmət etmişdir[12]. 1919-cu ildə Sov.İKP-nın üzvü olmuşdur.

Vasili Çuykov və həyat yoldaşı Valentina Çuykova, 1926-cı il

Həyat yoldaşı — Valentina Petrovna Çuykova (qızlıq soyadı: Pavlova) (1907–1984). Oğlu — Aleksandr Vasilyeviç Çuykov (1946–2012) heykəltaraş olub, Qızı Nelli Vasilyevna Çuykova (d. 1928). Nəvəsi — Vasili Konstantinoviç Timoşenko-Çuykov.[13]

Vətəndaş müharibəsi

[redaktə | vikimətni redaktə et]

Rusiya vətəndaş müharibəsi zamanı — 1918-ci ildə Vasili Çuykov atıcı rota komandirinin köməkçisi olmuşdur. 1921-ci ildə polka rəhbərlik etmişdir. Vətəndaş müharibəsi zamanı Vasili Çuykov 4 dəfə yaralandı: 1) 1919-cu ilin mayında Şərq cəbhəsində — əlindən yaralandı; 2) 1919-cu ilin iyulunda Şərq cəbhəsində (Muslimovo kəndində) — ayağından yaralndı; 3) 1920-ci ilin mayında Qərb cəbhəsində — ayağından yaralandı; 4) 1920-ci ilin sentyabrında Qərb cəbhəsində (Ostrov şəhərində) — çiynindən yaralandı.[14]

İştirak etdiyi döyüşlər

[redaktə | vikimətni redaktə et]

1921-ci ilin iyulundan — 1922-ci ilin yanvarına qədər 4 nömrəli hərbi hissənin rəisi, Smolensk quberniyasının Velij şəhərinin qarnizon rəisi, 1922-ci ilin yanvarından polk komandiri olub. Vasili Çuykov 1918-ci ildə Moskvada hərbi təlimatçı kurslarını[12], 1925-ci ildə M. V. Frunze adına Hərbi Akademiyanı, 1927-ci ildə Akademiyanın Şərq fakültəsini[21], o cümlədən, 1936-cı ildə Fəhlə-Kəndli Qızıl Ordusu Mexanikləşdirmə və motorlaşdırma Hərbi Akademiyası yanında akademik kurslarını bitirmişdir. 1927-ci ilin noyabrında — Moskva hərbi dairəsi qərargahı rəisinin köməkçisi olmuşdur.

1927-ci ilin iyulunda — Çində hərbi məsləhətçi olmuşdur.[22][23] 1939-cu ilin dekabrında Sovet-Fin müharibəsi zamanı ordu komandanı olmuşdur.

Böyük Vətən müharibəsində (1941–1945) iştirakı

[redaktə | vikimətni redaktə et]
62-ci ordunun komandanı Vasili İvanoviç Çuykov və Kuzma Akimoviç Qurov

Vasili Çuykov 1942-ci ilin mayında İkinci Dünya müharibəsi zamanı 1-ci (iyuldan 64-cü) rezerv (ehtiyat) ordunun komandanı olmuşdur. 1942-ci il, 12 sentyabrdan 62-ci orduya komandanlıq etmiş,[24] Stalinqradın müdafiəsində mühüm rol oynamışdır. Stalinqradın müdafiəsində göstərdiyi igidliyə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü, I dərəcəli Suvorov ordeni ilə təltif edildi.[25] İkinci Dünya müharibəsi zamanı göstərdiyi rəşadətlərə görə 1944 və 1945-ci illərdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına, o cümlədən çoxsaylı orden və medallara layiq görülmüşdür.[26]

Vasili Çuykovun döyüş göstəriciləri, 8 noyabr 1942

Vasili Çuykov 1949–1953-cü illərdə Almaniyada sovet qoşunları qrupunun baş komandanı,[27] 1953–1960-cı illərdə Kiyev hərbi dairəsi qoşunlarının komandanı olmuşdur. Çuykov 1960-cı ildən SSRİ müdafiə nazirinin müavini və quru qoşunlarının baş komandanı, 1961-ci ildən SSRİ Mülki Müdafiə rəisinin müavini, 1964–1972-ci illərdə SSRİ Mülki Müdafiə rəisi, 1972-ci ildən isə SSRİ Müdafiə Nazirliyinin Baş inspektorlar qrupunun baş inspektoru olmuşdur. 1952–1961-ci illərdə Sov. İKP MK üzvlüyünə namizəd, 1961-ci ildən Sov. İKP MK-nın üzvü seçilmişdir. SSRİ Ali Sovetinin (2–10-cu çağırış) deputatı olmuşdur. 9 dəfə Lenin ordeninə layiq görülmüş, SSRİ hərb tarixində dərin iz buraxmış Vasili Çuykov 18 mart 1982-ci ildə Moskva şəhərində vəfat etmişdir.[28] Özünün vəsiyyəti ilə Stalinqrad döyüşündə həlak olanların, "Ana-vətən" abidəsinin yanında—Volqoqradda Mamayev kurqanında dəfn edilir.[29]

Hərbi rütbələri

[redaktə | vikimətni redaktə et]

Mükafatlar və adlar

[redaktə | vikimətni redaktə et]
1999-cu ildə V. İ. Çuykovun 100 illiyi şərəfinə buraxılmış poçt markası

SSRİ mükafatları

[redaktə | vikimətni redaktə et]

Xarici medallar

[redaktə | vikimətni redaktə et]
  • "Xalqlar dostluğu ulduzu" ordeni (ADR)
  • "Qrünvald xaçı" ordeni (PXR)
  • "Hərbi rəşadətə görə" (Virtuti Militari) qızıl xaçı (PXR)
  • Suxe-Bator ordeni (MXR)
  • "Çin-Sovet dostluğu" medalı
  • Çinin 2 ordeni
Volqoqradda Vasili Çuykovun heykəli
  • Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 383.
  • "Ташкент" — Ячейка стрелковая / [под общ. ред. А. А. Гречко]. — М. : Военное изд-во М-ва обороны СССР, 1976. — 690 с. — (Советская военная энциклопедия : [в 8 т.] ; 1976–1980, т. 8).
  • Герои Советского Союза: Краткий биографический словарь / Пред. ред. коллегии И. Н. Шкадов. — М.: Воениздат, 1988. — Т. 2 /Любов — Ящук/. — 863 с. — 100 000 экз. — ISBN 5-203-00536-2.
  • Великая Отечественная война 1941–1945. Энциклопедия / под ред. М. М. Козлова. — М.: Советская энциклопедия, 1985. — 832 с. — 500 000 экз.
  • В. А. Егоршин "Фельдмаршалы и маршалы". М., 2000.
  • Маршалы Советского Союза: личные дела рассказывают. М., 1996.
  • Сталинградская эпопея. М.: Наука, 1968.
  • Коллектив составителей и редакторов. Военный совет при народном комиссаре обороны СССР. 1938, 1940 гг.: Документы и материалы.. — М.: РОССПЭН, 2006. — 336 с. — 1000 экз. — ISBN 5–8243-0694-X.
  • Ларин М. Ю., Хватов А. В. Неизвестные войны России. — М.: ООО "Дом Славянской книги", 2012. — 480 с.
  1. ↑ Информационно-публицистический еженедельник «Истоки»: Информационно-публицистический еженедельник «Истоки» Arxivləşdirilib 2010-11-21 at the Wayback Machine.
  2. ↑ Василий Иванович Чуйков — герой Сталинграда Arxivləşdirilib 2021-09-17 at the Wayback Machine.
  3. 1 2 Vasily Ivanovich Chuikov. // TracesOfWar.
  4. 1 2 Dalibor Brozović, Tomislav Ladan. Vasilij Ivanovič Čujkov (xorv.). // Hrvatska enciklopedija. Leksikografski zavod Miroslav Krleža. 1999. 9272 səh.
  5. 1 2 Чуйков Василий Иванович (rus.). // Большая советская энциклопедия: [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия. 1969—1978.
  6. 1 2 Vasily Chuikov (ing.). // Encyclopædia Britannica. (İstifadə tarixi: 9 oktyabr 2017).
  7. 1 2 Wassili Iwanowitsch Tschuikow (alm.). // Brockhaus Enzyklopädie. F.A. Brockhaus.
  8. ↑ Чујков Васили Иванович // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 383.
  9. ↑ "Vasili Çuykov – Ordu əfsanəsi". 27 avqust 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 yanvar 2017.
  10. ↑ "Marşal Çuykovun həyatı". 27 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 yanvar 2017.
  11. ↑ Биография В. И. Чуйкова на сайте "Герои страны" Arxivləşdirilib 2012-04-14 at the Wayback Machine.
  12. 1 2 Советская военная энциклопедия
  13. ↑ "Vasili Çuykov haqqında sənədli film". 16 iyun 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 yanvar 2017.
  14. ↑ Bax: Rusiya vətəndaş müharibəsi
  15. ↑ Чуйков В. И. От Пекина до Берлина. 1927–1945. (Сборник всех воспоминаний) — М., Алгоритм, 2015.
  16. ↑ John Keegan. The Battle for History: Re-fighting World War Two (Barbara Frum lecture series), Vintage Canada, Toronto, 1995. Republished by Vintage Books, New York, 1996, p. 121
  17. ↑ Сталинградская эпопея. М.: Наука, 1968.
  18. ↑ Craig, William (1973). Enemy at the Gates: the Battle for Stalingrad. New York: Penguin Books, ISBN 0-14-200000-0, pp. 90, 91
  19. ↑ Antoni Beevor (1998). Stalingrad. New York: Viking, ISBN 0-14-024985-0, pp. 128, 129
  20. ↑ Чуйков В. И. От Сталинграда до Берлина Arxivləşdirilib 2022-05-14 at the Wayback Machine. — М.: Воениздат, 1980. — 672 с., 22 л. ил.
  21. ↑ Pavel Quserin. M. V. Frunze adına Hərbi Akademiyanın Şərq fakültəsi. — Saarbrükken: LAP LAMBERT Academic Publishing, 2014. — С. 51. — ISBN 978-3-659-37302-2.
  22. ↑ Чуянов, Алексей Семёнович. На стремнине века. Записки секретаря обкома|ответственный дание. Москва, Политиздат, 1976
  23. ↑ Чуйков В. И. Миссия в Китае Arxivləşdirilib 2008-10-07 at the Wayback Machine. — М.: Воениздат, 1983.
  24. ↑ Vasili Çuykov — Mən 62-ci ordudanam Arxivləşdirilib 2022-03-27 at the Wayback Machine
  25. ↑ Герои Сталинградской битвы: окопный генерал Чуйков / Губернские Вести Arxivləşdirilib 2013-09-27 at the Wayback Machine.
  26. ↑ Чуйков В. И. Конец третьего рейха Arxivləşdirilib 2019-01-18 at the Wayback Machine. — М.: Советская Россия, 1973.
  27. ↑ Jochen Hellbeck: Die Stalingrad Protokolle. S. Fischer Verlag, Frankfurt a. M. 2012, ISBN 978-3-10-030213-7, Kapitel Armeegeneral Wassili Tschuikow, S. 319–348.
  28. ↑ С молитвой в партбилете и сердцем в Сталинграде. Путь маршала Чуйкова Arxivləşdirilib 2016-04-09 at the Wayback Machine.
  29. ↑ Могилы знаменитостей. Чуйков Василий Иванович (1900–1982) Arxivləşdirilib 2022-03-27 at the Wayback Machine.
  30. ↑ "General-leytenant Vasili Çuykov". 7 iyun 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 yanvar 2017.
  31. ↑ Sovet İttifaqı Qəhrəmanlarının siyahısı (V)
  32. ↑ Дом-Музей В. И. Чуйкова — Серебряно Прудский район Arxivləşdirilib 2013-09-26 at the Wayback Machine.
  33. ↑ Памятник Чуйкову Arxivləşdirilib 2021-09-28 at the Wayback Machine в Волгограде — фото.
  34. ↑ Памятник Герою Советского Союза Arxivləşdirilib 2013-09-27 at the Wayback Machine.
  35. ↑ Герой Советского Союза Желтов Алексей Сергеевич. "Герои страны" Arxivləşdirilib 2013-06-17 at the Wayback Machine.
  36. ↑ Положение о музейном комплексе "Боевой путь 62–8-й гвардейской ордена Ленина армии" государственного образовательного учреждения системы Департамента образования города Москвы [ölü keçid].
  37. ↑ "Vasili Çuykovun abidəsinin açılışı". 27 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 yanvar 2017.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]


Sovet İttifaqı Marşalları
Kliment Voroşilov • Mixail Tuxaçevski • Aleksandr Yeqorov • Semyon Budyonnı • Vasili Blyuxer • Semyon Timoşenko • Qriqori Kulik • Boris Şapoşnikov • Georgi Jukov • Aleksandr Vasilevski • İosif Stalin • İvan Konev • Leonid Qovorov • Konstantin Rokossovski • Rodion Malinovski • Fyodor Tolbuxin • Kirill Meretskov • Lavrenti Beriya • Vasili Sokolovski • Nikolay Bulqanin • Hovannes Baqramyan • Sergey Biryuzov • Andrey Qreçko • Andrey Yeryomenko • Kirill Moskalenko • Vasili Çuykov • Matvey Zaxarov • Filipp Qolikov • Nikolay Krılov • İvan Yakubovski • Pavel Batitski • Pyotr Koşevoy • Leonid Brejnev • Dmitri Ustinov • Viktor Kulikov • Nikolay Oqarkov • Sergey Sokolov • Sergey Axromeyev • Semyon Kurkotkin • Vasili Petrov • Dmitri Yazov